DÜNYA


Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artıb

Tbilisi, 12 noyabr, AZƏRTAC

Ermənistanda son sutka ərzində daha 2 132 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 112 680-ə yüksəlib.

Ölkədə pandemiyadan ölənlərin sayı daha 32 nəfər artaraq 1 668-ə çatıb.

Hazırda Ermənistanda 40 min 452 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.