DÜNYA


Ermənistanda koronavirusa yoluxma və virusdan ölüm halları yenidən artıb

Tbilisi, 13 noyabr, AZƏRTAC

Ermənistanda koronavirusa yoluxma və virusdan ölüm halları artmaqda davam edir. Son sutka ərzində ölkədə daha 1 703 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 114 383-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiya qurbanlarının sayı daha 29 fakt artaraq 1697-yə çatıb.

Hazırda Ermənistanda 40 min 130 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının və ölüm sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.