DÜNYA


Ermənistanda koronavirusdan ölənlərin sayı 900-ü keçib

Tbilisi, 8 sentyabr, AZƏRTAC

Ermənistanda koronavirusa yoluxanların sayı 44 min 953 nəfərə çatıb. Onların da 108 nəfəri son sutka ərzində virusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ölkədə pandemiya qurbanlarının sayı daha 3 fakt artaraq 903-ə yüksəlib.

Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 276-ya çatıb.

Hazırda Ermənistanda 3 min 182 aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.