DÜNYA


Ermənistanda müxalifət hərəkatının lideri məxməri inqilab elan edib

Bakı, 17 aprel, AZƏRTAC

Ermənistan parlamentinin deputatı, müxalif “Vətəndaş dialoqu” partiyasının lideri, sabiq prezident Serj Sarkisyanın baş nazir postuna namizədliyinə qarşı etiraz hərəkatına başçılıq edən Nikol Paşinyan respublikada “inqilabi vəziyyətin” yarandığını bildirib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Nikol Paşinyan hazırda bütün güc strukturlarının parlament qarşısına toplandığını bildirib.

“Onlar bizi gözləyir. Lakin biz başqa cür hərəkət edəcəyik. Biz indi yürüş edib digər hökumət binalarının işini iflic edəcəyik”, - deyə Paşinyan əlavə edib.

Bununla yanaşı, müxalifət lideri aksiya iştirakçılarının zorakılığı istisna etməli olduqlarını vurğulayıb.

Qeyd edək ki, bu dəqiqələrdə Ermənistan parlamentində Serj Sarkisyanın baş nazir postuna seçilməsi məsələsinin müzakirə olunduğu xüsusi iclas keçirilir.

Parlament binası gücləndirilmiş polis dəstələri tərəfindən mühafizə altına alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.