DÜNYA


Ermənistanda növbədənkənar parlament seçkiləri seçici passivliyi şəraitində keçir

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində seçici passivliyi müşahidə edilməkdədir.

AZƏRTAC xəbər verir ki, saat 14:00-a olan məlumata görə, ölkə əhalisinin yalnız 24,53 faizi seçkilərdə iştirak edib. Bu isə 2017-ci ilin aprelində keçirilmiş seçkilərlə müqayisədə 9 faiz aşağı göstəricidir.

Bundan əlavə, Ermənistan polisinə seçkiqabağı kampaniya pozuntuları ilə bağlı 81 məlumat daxil olub. Məlumatlardan 26-sı açıq şəkildə cinayət tərkiblidir, digər 55-i isə yoxlanılmalıdır.

Hazırda davam edən seçkilər zamanı bir sıra pozuntular qeydə alınıb. Yayılan məlumatlara görə, vətəndaşlara hər hansısa blokun nümayəndələrinə səs vermələri üçün təzyiqlər edilib, seçkilərə nəzarəti həyata keçirmək üçün bəzi rayonlara əlavə polis qüvvələri cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.