DÜNYA


Ermənistanda növbəti seçki saxtakarlığı: vətəndaşlar Paşinyanın blokuna səs verməyə məcbur edilirlər

Bakı, 9 dekabr, AZƏRTAC

Ermənistanın Sünik vilayətinin qubernatoru Unan Poqosyan bütün şəhər merlərinə və icma rəhbərlərinə vətəndaşları Nikol Paşinyanın “Mənim addımım” blokuna səs verməyə çağırmalarını tapşırıb.

AZƏRTAC xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasınınn namizədi Naira Zöhrabyan “Facebook” hesabından canlı yayım zamanı deyib.

Zöhrabyan bildirib ki, əlində "Mənim addımım" blokuna səs vermələri üçün vətəndaşlara pul təklif olunması barədə məlumat var. Məlumat dəqiqləşdirildikdən sonra dərhal hüquq-mühafizə orqanlarına xəbər veriləcək.

Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkiləri seçici passivliyi və kobud qanun pozuntuları ilə müşayiət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.