DÜNYA


Ermənistanda ölmüş generalın əmlakına həbs qoyulub

Bakı,19 yanvar, AZƏRTAC

Qanunsuz əldə olunmuş əmlakın müsadirə edilməsi üzrə məhkəmə Ermənistan parlamentinin keçmiş deputatı, general-leytenant Manvel Qriqoryanın, onun həyat yoldaşınnın və uşaqlarının əmlakına həbs qoyub, bununla da prokurorluğun vəsatətini təmin edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın “News.am” saytı ölkənin Baş prokurorluğuna istinadla məlumat yayıb.

Nəşr, həmçinin bildirir ki, generalın həyat yoldaşı, oğlu və qızı Qriqoryana bağlı şəxslər kimi iş materialları ilə tanış olmaq və mövqelərini bildirmək üçün prokurorluğa çağırılıb.

Prokurorluğun məlumatına görə, vərəsəlik hüququ ilə onlara məxsus əmlak müsadirə edilməlidir. Eyni zamanda, istintaq orqanı qeyd edib ki, ölüm faktı qanunsuz əldə edilmiş əmlakın müsadirəsini istisna etmir.

Xatırladaq ki, Manvel Qriqoryan 1992-ci ildə Üçkilsə (Eçmiədzin) taborunun komandiri kimi Azərbaycanın ərazi bütövlüyünə qarşı müharibədə iştirak edib. 2018-ci ildə ona məxsus istirahət mərkəzinin zirzəmisində silah-sursat cəbbəxanası, həmçinin ordu üçün nəzərdə tutulan onlarla ton ərzaq aşkar edilib. Haqqında cinayət işi açılaraq həbs olunan Qriqoryan 2020-ci ilin noyabrında vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.