DÜNYA


Ermənistanda parlament seçkiləri qanun pozuntuları ilə müşayiət olunur

Bakı, 9 dekabr, AZƏRTAC

Gərgin ictimai-siyasi mühitin hökm sürdüyü Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir.

AZƏRTAC xəbər verir ki, seçkiqabağı vəziyyəti nəzərə alaraq səsvermə zamanı qanun pozuntularının olacağını bəyan edən siyasi ekspertlərin, müxalifət partiyalarının nümayəndələrinin proqnozları özünü doğruldur. Artıq bir sıra qanun pozuntuları qeydə alınıb. Məsələn, Lori əyalətindəki 22/26 saylı seçki məntəqəsində bülletenlərin olmaması səbəbindən səsvermə dayandırılıb. Bundan əlavə, Razdan bölgəsindəki 26/14 saylı seçki məntəqəsində müşahidə kameralarının işləməməsi barədə məlumat daxil olub. Araratdakı 13/2 saylı məntəqədə isə nəzarətçi vəsiqəsi olmayan şəxs vətəndaşla birlikdə səsvermə kabinəsinə daxil olub. Bir çox məntəqələrdə müşahidəçilərin işinə maneəçilik törədilir. Bəzi məntəqələrdə Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun bülletenləri olmayıb. Bir sıra məntəqələrin qarşısında qanunla qadağan olunmasına baxmayaraq, təşviqat kampaniyasının aparıldığı aşkarlanıb. Sevan şəhərindəki 20/05, Vanadzordakı 23/54 və 23/53, Panikdəki 33/20 saylı məntəqələrdə təşviqat plakatlarının asılması faktları qeydə alınıb.

Ümumiyyətlə, ölkə üzrə seçicilərin passivliyi müşahidə olunur.

Siyasi ekspertlər Ermənistanda keçirilən bu seçkiləri Nikol Paşinyanın küçə demokratiyasından istifadə edərək diktatura qurmaq istəyinin rəsmiləşdirilməsi kimi dəyərləndirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.