DÜNYA


Ermənistanda qərargah rəisinin müavini xidmətinə səhlənkar yanaşmaqda ittiham olunur

Bakı, 27 aprel, AZƏRTAC

Ermənistanın İstintaq Komitəsi Silahlı Qüvvələrin qərargah rəisinin müavini Andranik Makaryanı xidmətinə səhlənkar yanaşmaqla xeyli zərər vurmaqda ittiham edir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

“Andranik Makaryana qarşı Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi (“Rəisin və ya vəzifəli şəxsin xeyli ziyana səbəb olan xidmətə laqeyd münasibəti”) əsasında ittiham irəli sürülüb”, - deyə qurumun mətbuat xidməti bildirib.

Cinayət Məcəlləsinin həmin maddəsinə əsasən, qeyd olunan əməllər hərbi vəziyyət və ya müharibə zamanı törədildikdə, dörd ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Yerli KİV-lərin məlumatına əsasən, Andranik Makaryan keçən ilin oktyabr ayında Qarabağda gedən döyüş əməliyyatları zamanı verdiyi əmrlər nəticəsində 60 hərbçidən ibarət dəstənin itkin düşməsində ittiham olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.