DÜNYA


Ermənistanda rus hərbçilərinə qarşı piket keçirilib

Bakı, 12 yanvar, AZƏRTAC

Ermənistanın Gümrü şəhərində rus hərbçilərinə qarşı piket təşkil olunub. Aksiyanın təşkilatçıları iddia edirlər ki, onların etirazları Rusiyanın Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasının əsgərlərinin törətdikləri cinayətlərə qarşıdır.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, 102-ci hərbi bazanın qarşısında keçirilmiş piket 2015-ci il yanvarın 12-də bir erməni ailəsinin yeddi üzvünün qətlə yetirilməsinin ildönümündə təşkil olunub.

Piket iştirakçılarının Ermənistan hökuməti, Rusiyanın Ermənistandakı səfirliyi və hərbi bazanın komandirinə ünvanlanmış müraciətində deyilir ki, 1999-cu ildən bəri rus hərbçilərinin törətdikləri cinayətlər nəticəsində Ermənistanın 12 vətəndaşı ölüb, 14 nəfər yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.