DÜNYA


Ermənistanda seçki kampaniyasında çoxlu sayda biabırçı faktlar ortaya çıxıb

Bakı, 17 iyun, AZƏRTAC

Ermənistanda səsvermə günü yaxınlaşdıqca seçkiqabağı proseslərlə bağlı bir sıra qanunsuz əməllər həyata keçirilir və opponentlər bir-birinin qanunazidd proseslərdə iştirakını böyük həvəslə ifşa edirlər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu gün Ermənistan ictimaiyyəti seçki ilə bağlı daha bir biabırçı hadisənin şahidi olub. Belə ki, Xankəndi və ətraf yaşayış məntəqələrdə məskunlaşan ermənilər arasında namizədlər lehinə təbliğat aparmaq məqsədilə operativ qrupların yaradıldığı məlum olub. Bildirilir ki, yaradılan hər iki qrupa rəhbərlik edənlər Daxili İşlər Nazirliyinin ştatda olan əməkdaşlarıdır. Robert Köçəryanın xeyrinə təbliğat aparan qrupa rəhbərlik edənlər A.Kzoyan və R.Dərmirçiyan soyadlı polis əməkdaşlarıdır. Baş nazir Paşinyanın seçki kampaniyasına isə polis əməkdaşları Narek Mişyan və Styopa Azoyan başçılıq edirlər. Seçiciləri cəlb etmək üçün sakinlərə 15 mindən – 250 min dramadək pul təklif olunur. Artıq hər iki qrup arasında qarşıdurmalar baş verdiyi də ortaya çıxıb. Hətta vəziyyət o həddə çatıb ki, həddən çox canfəşanlıq edən və yüksək “operativlik” nümayiş etdirən qrupun bir üzvünü sakit durması üçün silahla hədələyiblər. Tərəflərin bir-birini qarşılıqlı şəkildə ifşa etməsi nəticəsində seçicilər üçün ayrılan külli miqdarda vəsaitin müəmmalı şəkildə yoxa çıxdığı - mənimsənildiyi də məlum olub.

Ermənistandakı seçki kampaniyası qarşılıqlı ittihamlar və biabırçı qanun pozuntularının ifşası fonunda “uğurla” davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.