DÜNYA


Ermənistanda seçki zamanı rüşvət paylamaqda şübhəli bilinən beş nəfər tutulub

Bakı, 21 iyun, AZƏRTAC

Ermənistanın xüsusi istintaq xidməti iyunun 20-də keçirilən növbədənkənar parlament seçkiləri zamanı rüşvət paylamaqda şübhəli bilinən beş nəfəri saxlayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, açılan cinayət işi çərçivəsində Ermənistanın Şirak vilayətinin Artik şəhərində milli təhlükəsizlik xidməti ilə birgə axtarışlar aparılıb və 12 mənzildən maddi sübutlar götürülüb.

Xatırladaq ki, Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 53,92 faiz səs yığaraq növbədənkənar parlament seçkilərində qalib gəlib. Beləliklə o, təkbaşına yeni hökumət formalaşdıra biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.