DÜNYA


Ermənistanda səhiyyə nazirinin sabiq müavini saxlanılıb

Bakı, 7 mart, AZƏRTAC

Ermənistanda səhiyyə nazirinin sabiq müavini Vaan Poqosyan saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, ölkənin istintaq komitəsinin məlumatına görə, sabiq nazir müavini vərəmlə mübarizə üzrə mərkəzdə sui-istifadə və fırıldaqçılıq halları ilə bağlı açılmış cinayət işi üzrə saxlanılıb. Audit nəticəsində bu müəssisədə vəsaitlərin külli miqdarda mənimsənilməsi və dələduzluq faktları aşkar olunub. Qeyd olunur ki, aparılmış təhqiqat və məhkəmə istintaqı zamanı keçmiş nazir müavini də daxil olmaqla, bu cinayətləri törədənlərin adları və korrupsiya mexanizmi üzə çıxarılıb.

Sabiq nazir müavini bu vəzifəni 2011-2016-ci illərdə tutub. Onun Ermənistanın səhiyyə sistemində olan böyük cinayətkar qrupa rəhbərlik etdiyi də bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.