DÜNYA


Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər

Bakı, 16 yanvar, AZƏRTAC 

Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, aksiya iştirakçıları hökumət binasının qarşısında toplaşıblar. Onlar yaxın zamanlarda icbari sığortanın dəyərinin bahalaşacağını bildirir və sığorta ödəmələrinin həcminin azlığından şikayət edirlər. Vergi ödəyiciləri isə qeyd edirlər ki, hökumətə etibarları qalmayıb. Onlardan toplanan verginin əksəriyyəti korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilir. Üstəlik vergi qanunları vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmur. Etirazçılardan biri deyir ki, məsələ ilə bağlı Nikol Paşinyana 50-yə yaxın məktub yazıb, lakin onların heç birinə cavab ala bilməyib. Narazı kütlə Ermənistan hakimiyyətinin bütün müəssisələr üçün vergi ilə bağlı eyni şərait yaradılması barədə dəfələrlə səsləndirdiyi vədə daha ciddi yanaşmadığını da bildirir. Bu problemin artıq ciddi xarakter aldığını qeyd edən aksiya iştirakçıları etirazları davam etdirməyə qərar veriblər.

“Ermənistanda inqilabdan sonra əmlakın yenidən bölüşdürülməsi baş tutmayıb və bu, kütləvi informasiya vasitələrinə də aiddir”. Bu sözləri isə Nikol Paşinyan deyib. O bildirib ki, ölkədəki media qurumları ya keçmiş hökumət nümayəndələrinə, ya da hazırkı hökumətə müxalif olanlara məxsusdur. Paşinyan ona qarşı çıxan qüvvələri hədələməkdən də çəkinməyib. Onun sözlərinə görə, keçmiş hakim qüvvələr törətdikləri əməllərə görə cavab verəcəklər. Artıq Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb. O, 2008-ci il martın 1-2-də ölkədəki konstitusiya quruluşunu devirməkdə və kütləvi iğtişaşlar törətməkdə günahlandırılır. Bu barədə Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Harevik Xaçatryan bildirib. Qeyd edib ki, Ohanyanı da Robert Koçaryan kimi həbs gözləyir. İşğalçı ölkə parlamenti isə növbəti iclasında yeni tərkibini formalaşdırıb. “Mənim addımım” blokundan Alen Simonyan və Lena Nazaryan, “Çiçəklənən Ermənistan” partiyasından Vaqe Enfiadcan Milli Şuranın vitse-spikerləri təyin olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.