DÜNYA


Ermənistanda siyasi gərginlik artır

Bakı, 31 iyul, AZƏRTAC

Ermənistan Respublikaçılar Partiyasının parlamentdəki fraksiyası ölkənin sabiq prezidenti Robert Köçəryanın həbsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bəyanatda hökumətin demokratiyaya, hüququn aliliyinə və məhkəmə orqanlarının müstəqilliyinə zidd qərarının baxılması üçün beynəlxalq məhkəmələrə göndəriləcəyi bildirilib.

Bəyanatda vurğulanıb ki, R.Köçəryana qarşı qaldırılmış cinayət işi daxili siyasi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. “Əsassız ittiham cəmiyyətdə parçalanma meyillərinin güclənməsinə səbəb olur ki, bu da Ermənistanın və “Artsax”ın ətrafında cərəyan edən təhlükəli hadisələr fonunda ciddi narahatlıq doğurmaya bilməz”, - deyə parlament fraksiyası üzvləri hökumətə xəbərdarlıq edirlər.

Ermənistan hakimiyyətini beynəlxalq öhdəliklərinə əməl etməyə çağıran deputatlar qeyd ediblər ki, sabiq prezidentə qarşı qaldırılan cinayət işi konstitusiyaya zidd olmaqla yanaşı, ölkənin beynəlxalq nüfuzunu daha da aşağı salacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.