DÜNYA


Ermənistanda son sutka ərzində 1540 nəfər koronavirusa yoluxub

Tbilisi, 17 oktyabr, AZƏRTAC

Ermənistanda koronavirusa yoluxma kütləvi hal alıb. Son sutka ərzində ölkədə daha 1540 nəfərdə koronavirus aşkar olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası milli mərkəzi məlumat yayıb.

Bildirilir ki, bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 63 minə çatıb.

Pandemiya qurbanlarının sayı 1067-dir, onlarında 11-i son 24 saat ərzində ölüb.

Hazırda Ermənistanda 13 min 694 aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.