DÜNYA


Ermənistanda son sutkada 1465 nəfər koronavirusa yoluxub, daha 10 nəfər ölüb

Tbilisi, 16 oktyabr, AZƏRTAC

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb. Son 24 saat ərzində bu ölkədə daha 1465 nəfərdə COVID-19 virusu təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 61 min 460-a, ölənlərin sayı isə 1056-ya yüksəlib.

Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı da daha 3 fakt artaraq 314-ə çatıb.

Hazırda Ermənistanda 13 min 919 aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.