DÜNYA


Ermənistanda son sutkada 29 nəfər pandemiyanın qurbanı olub

Tbilisi, 14 oktyabr, AZƏRTAC

Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır. Son sutkada 1589 nəfər koronavirusa yoluxub, 29 nəfər isə ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, koronavirusa yoluxanların ümumi sayı 276 666-ya, pandemiyanın qurbanlarının ümumi sayı isə 5675 -ə çatıb.

Qeyd edək ki, Ermənistanda 2020-ci il martın 16-dan elan olunmuş fövqəladə vəziyyət rejiminin müddəti cari il dekabrın 20-dək uzadılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.