DÜNYA


Ermənistanda sürücülər yanacağın qiymətinin artmasından narazıdırlar

Bakı, 16 iyul, AZƏRTAC

Ermənistanda sürücülər həm benzinin, həm də sıxılmış təbii qazın qiymətindəki artımdan narazıdırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə “Joğovord” qəzeti məlumat yayıb. Nəşr bildirir ki, sıxılmış təbii qazın bir litrinin qiyməti dünənədək 190-200 dram idisə, indi 230 drama satılır. Qəzet təbii qazın qiymət artımının dünya bazarındakı vəziyyətlə əlaqədar olmadığı qənaətindədir.

Nəşr hazırda yanacaqdoldurma məntəqələrində benzinin bir litrinin 480 drama (təxminən 1,7 manat) satıldığını xatırladaraq, yaxın günlərdə onun da qiymətində artımın olacağının gözlənildiyini yazır. Bu isə onsuz da bərbad vəziyyətdə olan Ermənistan iqtisadiyyatını iflic edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.