DÜNYA


Ermənistandakı hərbi hissələrdən birində külli miqdarda yanacaq oğurluğu baş verib

Bakı, 30 dekabr, AZƏRTAC 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində külli miqdarda mənimsəmə faktı aşkarlanıb.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, mayor Armen Qriqoryan yerli mətbuata açıqlamasında cinayət-istintaq qrupu tərəfindən üçüncü dağ atıcı alayında saxta sənədlər tərtib edilməklə yanacaq oğurlanması faktının üzə çıxdığını bildirib.

Xəbərdə qeyd edilib ki, oğurluğun həcminin böyük olması ilə əlaqədar polkovnik Ağacanyanın göstərişinə əsasən, faktın araşdırılması məqsədilə Avanesyan soyadlı müstəntiqin rəhbərliyi ilə xüsusi istintaq qrupu yaradılıb.

Faktla bağlı araşdırma davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.