SİYASƏT


Ermənistanı özünə qardaş seçən İran İslam dininə də hörmətsizlik edir

Ermənistanı özünə qardaş seçən İran İslam dininə də hörmətsizlik edir

Bakı, 27 yanvar, AZƏRTAC

Beynəlxalq Konvensiyaya görə ölkələrin digər dövlətlərdəki səfirliklərinin yerləşdiyi ərazi onun ərazisi hesab edilir və yerləşdiyi dövlət səfirliyin qorunmasına məsuliyyət daşıyır. İranda Azərbaycan səfirliyinə edilən silahlı hücum nəticəsində səfirliyin mühafizəçilərindən birinin həyatını itirməsi və 2 nəfərin yaralanması Azərbaycanın ərazi bütövlüyünə təhdid sayılır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, vaxtilə Qərb dövlətləri İrana hərbi müdaxilə üçün Azərbaycanın hava məkanından istifadə etmək istəsələr də, ölkəmiz buna razılıq verməyib. “Azərbaycan dövləti İranı həmişə özünə dost bilib. Budurmu İrandakı molla rejiminin Azərbaycan dövlətinə minnətdarlığı? Azərbaycanın İranı özünə dost və qardaş dövlət hesab etməsi ilə bağlı çox misallar çəkmək olar. Təəssüf ki, İran hər zaman Azərbaycana qarşı qeyri səmimi münasibət bəsləyib”, - deyə Kamilə Əliyeva qeyd edib.

Deputat bildirib ki, bu hadisə son vaxtlar İranın siyasi dairələrində, yerli mediada aparılan anti-Azərbaycan təbliğatının nəticəsidir. Onun fikrincə, səfirliyimizə edilən bu hücum bir daha İran rejiminin Azərbaycan dövlətinə olan münasibətinin göstəricisidir. Əksər İslam dövlətlərinə düşmənçilik edən Ermənistanı özünə qardaş hesab edən İran, əslində İslam dininə də hörmətsizlik nümayiş etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.