DÜNYA


Ermənistanın Abaran şəhərində mitinqlər səngimir

Bakı, 25 iyun, AZƏRTAC

Biz elə insanları itirmişik ki, günahkarların cəzalanmasını görməsək, rahat yaşaya bilmərik.

AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu Abaranda keçirilən növbəti mitinqdə bu il iyunun 19-da Niqavanda öldürülən Amik Mikaelyanın qardaşı Hayk Mikaelyan deyib.

Zərərçəkmiş qeyd edib ki, vitse-qubernator və deputatın qohumları, onların ailələri Abaranı tərk etməlidir. “Heç kimə toxunmadan, onların Abaranda yaşamağa haqqının olmadığını, Abaran sakinləri ilə eyni havanı nəfəs ala bilməyəcəyini aydınlaşdırmaq üçün addımlar atacağıq”, – deyə H. Mikaelyan etirazını bildirib.

“Onlar Abarandan çıxmasalar, mağazaya girib bir tikə çörək ala bilməyəcəklər”, - deyən qurbanlardan birinin yaxını Avraam Mikaelyan qeyd edib ki, əgər qətlin iştirakçıları və təşkilatçıları Abaranda qalmaqda davam edərlərsə, davamlı olaraq qan töküləcək.

Xatırladaq ki, 2022-ci il iyunun 19-da Abaranda vilayət vitse-qubernatorunun və ölkə parlamenti deputatının yaxın qohumları baş nazir Nikol Paşinyanı təhqir etdiyi deyilən bir qrup insana “Kalaşnikov” markalı avtomat silahdan atəş açması nəticəsində 3 nəfər ölmüş, dörd nəfər yaralanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.