SİYASƏT


Ermənistanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələrini təqdim etməsi Azərbaycan Prezidentinin qətiyyətli iradəsinin nəticəsidir

Bakı, 12 iyun, AZƏRTAC

Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi Prezident İlham Əliyevin qətiyyətli iradəsinin nəticəsidir. Bu, həmçinin ölkəmizin növbəti diplomatik qələbəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib.

Deputat deyib: “Bundan əvvəl Azərbaycan tərəfinin erməni əsirlərinin qaytarılması ilə bağlı gördüyü işlər humanist dəyərlərimizdən və siyasətimizdən irəli gəlirdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ermənistanın Azərbaycanda saxlanılan 11 Ermənistan vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərar qəbul etməsi ilə ermənilərin ümidləri puç oldu. Beynəlxalq hüquq çərçivəsində heç bir əsasının olmadığını görən düşmən bir daha bizimlə anlaşmağa, tələblərimizi yerinə yetirməyə məcbur oldu”.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycan tərəfi mina xəritəsi müqabilində 15 erməni vətəndaşını təqdim etməklə həm humanistlik, həm də mina təhlükəsi ilə üzləşə biləcək hər bir vətəndaşımızın təhlükəsizliyinin və həyatının bizim üçün dəyərli olmasını göstərdi. Anlaşma, eyni zamanda, tarixi torpaqlarımızın yenidən canlanması və böyük qayıdış üçün böyük töhfə verəcək. Ümid edirəm ki, bütövlükdə Cənubi Qafqaz regionunda əməkdaşlığın və sabitliyin təmin olunması üçün Ermənistan tərəfi əsasız iddialarını kənara qoyacaq, yeni reallıqlara barışacaq və üzərinə düşən öhdəlikləri yerinə yetirəcəkdir. Hadisələrin başqa variantda inkişafı isə yalnız Ermənistanın ziyanına olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.