SİYASƏT


Ermənistanın Azərbaycan xalqının dini və mədəni irsinin məhv edilməsinə yönəlmiş əməlləri bəşər mədəniyyətinə təcavüzdür

Bakı, 24 noyabr, AZƏRTAC

İllərlə öz təcavüzkar siyasətini davam etdirən Ermənistan rejimi beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına heç bir məhəl qoymayıb, işğal etdiyi torpaqlarda yanğınlar, fosforlu bombalar, zəhərli maddələr və minalar vasitəsilə ekoloji cinayətlər törədib. Bu gün ermənilər Azərbaycan ərazilərindən çıxarkən vəhşiliklər törətdir, maddi-mənəvi sərvətlər talan edilir, sənət əsərləri oğurlanır, meşələrə və mülki obyektlərə od vurulur. Bu kimi real faktlar dünya mediası tərəfindən geniş işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, Ermənistan tərəfinin bu vəhşiliyi barədə məlumatlar Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanatında əksini tapıb.

Bəyanatda deyilir: “Ermənistanın çoxmillətli və çoxkonfessiyalı Azərbaycan xalqının dini və mədəni irsinin məhv edilməsi və saxtalaşdırılmasına yönəlmiş əməlləri beynəlxalq humanitar hüquq, o cümlədən Cenevrə Konvensiyalarının açıq-aşkar pozulması ilə yanaşı, bütün bəşər mədəniyyətinə və ümumdünya əhəmiyyətli irsinə qarşı təcavüzdür”.

Qeyd edək ki, bəyanat Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal və Alban-udi icmasının rəhbəri Robert Mobili tərəfindən imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.