Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistanın Azərbaycana təcavüzünə dair üçcildliyin və monoqrafiyanın təqdimatı keçirilib VİDEO

“Ermənistanın Azərbaycana təcavüzü” üçcildliyi və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyası soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm elmi mənbədir

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində nəşr edilən “Ermənistanın Azərbaycana təcavüzü” üçcildliyinin (müəllif Elçin Əhmədov) və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının (müəllif Musa Qasımlı) təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademik və təhsil qurumlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, dünyanın bir sıra ölkələrində aparılan dərin elmi araşdırmalar nəticəsində ilk dəfə ortaya çıxarılan faktlara yer verilməsi, eləcə də mötəbər elmi mənbələrə istinad olunması hər iki nəşrin əhəmiyyətini artırır. Hər iki əsərin tarixi həqiqətləri öyrənmək istəyən şəxslər üçün dəyərli və etibarlı mənbə olduğunu söyləyən Fondun icraçı direktoru belə qiymətli nəşrlərin digər dillərə də tərcümə edilərək daha geniş arealda yayılmasının vacibliyini vurğulayıb, kitabların ərsəyə gəlməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib. Elmin İnkişafı Fondunun başlatdığı bu ənənəni gələcəkdə də davam etdirəcəyini bildirən E.Babayev deyib: “Möhtərəm Prezidentimizin iqtisadi çətinliklər dövründə elmə, təhsilə ayrılan vəsaitin artırılması barədə göstərişi bizə imkan verəcək ki, dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan ümdə vəzifəni – Azərbaycanın regionun elmi mərkəzlərindən birinə çevrilməsini qısa müddətdə reallaşdıraq”.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ölkəmizdə silsilə tədbirlərin keçirildiyini qeyd edərək, hər iki nəşrin məhz belə bir gündə təqdim olunmasının əhəmiyyətini xüsusi vurğulayıb. Hər iki əsərin dəyərli mənbə kimi ali təhsil müəssisələrində də geniş istifadə olunacağını vurğulayan rektor belə mühüm sahədə tədqiqat əsərlərinin hazırlanması üçün qrantların ayrılmasına görə Elmin İnkişafı Fonduna, habelə bu cür təşəbbüslərin yüksək səviyyədə əlaqələndirilməsinə görə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından belə nəşrlərin mühüm elmi mənbə olduğunu qeyd edib. Erməni millətçilərinin iki əsrə yaxın müddətdə gizli niyyətlərini reallaşdırmaq üçün xalqımıza qarşı törətdikləri soyqırımlarından danışan E.Məmmədov həmin bəşəri cinayətlərin dəhşətlərinin və onları törədənlərin üzə çıxarılması, dünya ictimaiyyətinə tanıdılması baxımından belə fundamental nəşrlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Azərbaycan Dövlət İqtisadi Universitetinin rektoru, professor Ədalət Muradov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayan belə sanballı elmi əsərlərin hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. Kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslərin əsl vətəndaşlıq nümunəsi göstərdiklərini qeyd edən rektor Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin hesablanmasının da vacib olduğunu bildirib. Ə.Muradov buna imkan verən və dünya praktikasında qəbul olunan metodologiyanın hazırlanması üçün ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının iqtisadçı mütəxəssislərindən ibarət komissiyanın yaradıldığını qeyd edib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov hər iki nəşrin Azərbaycanın tarixinin, xüsusən ermənilərin 200 ildən artıq bir dövrdə xalqımıza qarşı törətdikləri soyqırımlarının öyrənilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirərək, kitabların xarici dillərə tərcümə olunub dünyada geniş yayılmasının vacibliyini qeyd edib.

31 mart soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş qətliamların ən qanlı səhifəsi olduğunu deyən Prezident Administrasiyasının rəsmisi həmin günlərdə həm Bakıda, həm də Azərbaycanın digər regionlarında on minlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini deyib: “31 mart elə bir gündür ki, xalqımızın, xüsusən Azərbaycanın milli elitasının diqqətini özünə cəlb etməlidir. Bu günün öyrənilməsi, yad olunması, həmin dövrdə baş vermiş hadisələrin gələcək nəsillərə çatdırılması bizim milli, vətəndaşlıq borcumuzdur”.

Professor Əli Həsənov 31 mart soyqırımına Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra hüquqi-siyasi qiymət verildiyini vurğulayıb. Bildirib ki, ilk dəfə ümummilli lider Heydər Əliyev ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı soyqırımlarının ümumiləşmiş simvolu olaraq 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsini rəsmiləşdirdi və bunu dövlət siyasəti səviyyəsinə qaldırdı. Ermənilərin xalqımıza qarşı sonrakı dövrlərdə də cinayətlər, soyqırımları törətdiklərini xatırladan Əli Həsənov deyib ki, 1992-ci il fevralın 26-da Xocalı şəhəri yerlə-yeksan edildi, günahsız əhali azərbaycanlı olduqlarına görə amansızlıqla qətlə yetirildi.

Son 10 ildən artıq bir dövrdə dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, milli tariximizin öyrənilməsi istiqamətində də atılan addımların müsbət nəticələr verdiyini vurğulayan Prezidentin köməkçisi görülən işlərin nəticəsində artıq Azərbaycanın keçmiş və bugünkü tarixi arasında əlaqənin yaradıldığını söyləyib.

Əli Həsənov on ilə yaxın müddətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tariximizin, mədəniyyətimizin, xalqımızın tolerantlıq ənənələrinin və multikultural dəyərlərinin beynəlxalq aləmdə təbliği istiqamətində dünyanın müxtəlif şəhərlərində silsilə tədbirlərin keçirildiyini, çoxsaylı nəşrlərin hazırlandığını qeyd edib. Bildirib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində son bir neçə ildə bu faciələri soyqırımı kimi tanıyan ölkələrin sayı getdikcə artır.

Prezident Administrasiyasının rəsmisi ermənilərin saxta, təhrif edilmiş faktlarla dünya ictimaiyyətinin diqqətini yayındırmağa, yanlış fikir formalaşdırmağa çalışdığını qeyd edərək deyib ki, bu məkrli təbliğatın ifşası baxımından belə kitabların yazılması, tərcümə olunması, müxtəlif vasitələrlə dünyada yayılması, geniş ictimai müzakirəsinin aparılması mühüm əhəmiyyətə malikdir.

“Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının müəllifi, Milli Məclisin deputatı, professor Musa Qasımlı əsərində tarixdə qaranlıq qalan bir sıra məsələlərə işıq salındığını vurğulayıb, kitabın bir neçə gün əvvəl Moskvada rus dilində çapdan çıxdığını qeyd edib. M.Qasımlı kitabın hazırlanmasında yaxından dəstək göstərən şəxslərə, xüsusən də Azərbaycan elminin inkişafına diqqət və qayğısına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

“Ermənistanın Azərbaycana təcavüzü” üçcildliyinin müəllifi, siyasi elmlər doktoru Elçin Əhmədov hər iki əsərin hazırlanmasında yaxından dəstəyinə və elmi tövsiyələrinə görə üçcildliyin və monoqrafiyanın elmi redaktoru professor Əli Həsənova, habelə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevə və başqalarına minnətdarlıq edib. O, üçcildlikdə son 30 ildə - 1985-ci ildən bu günədək Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində həyata keçirdiyi hərbi təcavüz, etnik təmizləmə və soyqırımı siyasətinə yer verildiyini deyib. E.Əhmədov ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında hər bir azərbaycanlının fəal olmasının vacibliyini diqqətə çatdırıb.

Moldovanın İctimai Palatasının prezidenti xanım Aurelia Qriqoriu çıxışında soyqırımlarını XX əsrin bəlası adlandıraraq deyib ki, Azərbaycanda törədilən qətliamlara dövlət səviyyəsində ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib. Aurelia Qriqoriu bildirib ki, soyqırımı yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin problemidir. Onun müəyyən edilməsi problemin həlli yollarını tapmağa imkan verir. Bunun üçün ilk növbədə ikili standartlar aradan qaldırılmalı, beynəlxalq hüququn normaları bütün ölkələrə bərabər şəkildə tətbiq edilməlidir. Soyqırımı problemi ölkələrin ərazi bütövlüyünün pozulmasının nəticəsi olaraq baş verir. BMT mexanizmləri belə halların qarşısını ala bilmir. Ona görə də qurumda islahatlar aparılması vacibdir. Bu məsələdə digər mühüm problem soyqırımı törətmiş ölkəyə qarşı cəza tədbirlərinin görülməməsidir. Buna nümunə kimi Ermənistanı göstərmək olar. BMT və digər təşkilatların sənədlərində Ermənistan təcavüzkar ölkə kimi qeyd olunsa da, bu ölkə bir çox beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüdür. Dünyada baş verən soyqırımları bu cinayəti törədən şəxslərin cəzasız qalmasının nəticəsidir. Azərbaycan öz nümunəsində bütün dünyaya göstərir ki, soyqırımının, terrorizmin alternativi multikulturalizm və tolerantlıqdır.

Qeyd edək ki, üçcildlik və monoqrafiya Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib və müəlliflərə bununla bağlı müvafiq şəhadətnamələr verilib. Hər iki əsərin elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin arxiv materialları və sənədli mənbələrindən geniş istifadə edilən monoqrafiyada sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, ermənilərin tarixi torpaqlarımıza köçürülməsi, sovet rəhbərliyinin süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratması, habelə xalqımıza qarşı törədilən soyqırımları, deportasiyalar, 70-80-ci illərdə erməni terror təşkilatlarının törətdikləri cinayətlər, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bunun ağır nəticələri araşdırılıb. Mənbələrin əksəriyyəti ən mötəbər olmaqla, elmi dövriyyəyə ilk dəfə gətirilib.

“Ermənistanın Azərbaycana təcavüzü” əsərinin birinci cildində (Sənədlər və materiallar) Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr verilib. Həmçinin, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər ardıcıllıqla və sistemli şəkildə təqdim olunub.

İkinci kitabda (Etnik təmizləmə, soyqırımı, terror, işğal) XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin təhlili verilib. Son 30 il ərzində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və terror aktları ilə yanaşı, erməni terror təşkilatlarının cinayətlərinin xronikası da kitabda əksini tapıb.

Üçüncü cilddə isə (Beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasəti) münaqişənin nizama salınmasına dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin xronoloji ardıcıllıqla və sistemli şəkildə təhlili aparılıb. Bundan əlavə, kitabda münaqişənin nizama salınması istiqamətində beynəlxalq təşkilatların fəaliyyətindəki ziddiyyətli cəhətlərə, buraxılan nöqsanlara, eləcə də perspektivdə həlli mümkün və zəruri olan məsələlərə də diqqət yetirilib.

Hər iki nəşr xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin ali məktəblərin beynəlxalq münasibətlər, beynəlxalq hüquq, hüquqşünaslıq, politologiya, regionşünaslıq, tarix ixtisası üzrə təhsil alan tələbələr və magistrlər, müəllimlər üçün dəyərli elmi mənbədir.

Ermənistanın Azərbaycana təcavüzünə dair üçcildliyin və monoqrafiyanın təqdimatı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub