ELM VƏ TƏHSİL


Ermənistanın Azərbaycana vurduğu zərər elmi əsaslarla araşdırılır

Bakı, 16 noyabr, AZƏRTAC

Ermənistan işğalının Azərbaycana vurduğu zərər elmi əsaslarla araşdırılır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun dosenti Fərhad Mikayılov Ermənistan işğalının ölkəmizə vurduğu zərərə və ilkin qiymətləndirməyə dair müzakirələr zamanı səsləndirib.

O qeyd edib ki, araşdırma zamanı işğal nəticəsində dəymiş zərərin metodoloji əsaslarına önəm verilib. İşğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi beynəlxalq təcrübəyə əsaslanıb. Tədqiqatlar etibarlı qiymətləndirmə təcrübələrinə əsasən aparılır. Metodoloji əsaslar hazırlanarkən dəymiş zərərlər bütün istiqamətlərdə - həm maddi, həm mənəvi, həm də psixoloji istiqamətlərdə nəzərə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.