SİYASƏT


Ermənistanın Azərbaycanın mülki yaşayış yerlərini hədəf alması Türkiyə mətbuatının diqqətindədir

İstanbul, 27 oktyabr, AZƏRTAC

Türkiyə KİV-ləri Ermənistanın elan olunan atəşkəsə məhəl qoymadan Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən mülki yaşayış yerlərini növbəti dəfə hədəf almasına kəskin reaksiya verib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, TRT kanalı, Haber Global, NTV, Haberler.com və digər media qurumları tərəfindən yayımlanan xəbərlər və reportajlarda oktyabrın 27-də axşam saatlarında Ermənistanın Bərdə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin, eləcə də uşaqların həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.

Xatırladaq ki, ANAMA-nın məlumatına görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb. Hadisə nəticəsində biri 2 yaşlı körpə qız olmaqla, 4 mülki şəxs həlak olub, 13 nəfər yaralanıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.