SİYASƏT
Ermənistanın Gəncədə dinc sakinləri hədəf alması ərəb KİV-lərinin diqqətində
Qahirə, 11 oktyabr, AZƏRTAC
Ermənistanın Azərbaycanın Gəncə şəhərində dinc sakinləri hədəf alması ərəb KİV-lərinin diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, “BBC Arabic”, “Skynews Arabic”, “Aljazeera” kimi nüfuzlu televiziya kanallarında oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında geniş reportajlar yayımlayıblar.
Ermənistanın növbəti terror aktı barədə xəbər Misirin “Egyptonline” informasiya portalında da yerləşdirilib. Qeyd olunub ki, humanitar atəşkəs elan edildikdən cəmi 14 saat sonra işğalçı Ermənistanın azərbaycanlı dinc sakinləri hədəf alması müharibə cinayətidir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]