CƏMİYYƏT


Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi Çində də anılır

Pekin, 20 oktyabr, AZƏRTAC

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin binası önündə Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncəyə raket hücumunun nəticələrini əks etdirən şəkillərdən ibarət xatirə guşəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu ölkədə yaşayan vətəndaşlarımız, eləcə də yerli sakinlər səfirliyin binası qarşısına gələrək, guşənin önünə gül dəstələri və şamlar düzür, ölənlərin xatirəsinə dərin ehtiramlarını bildirərək, xalqımızla həmrəylik nümayiş etdirirlər.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, onlarca mülki şəxs yaralanıb, çoxlu sayda mülki infrastruktur obyektinə və nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəyib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.