SİYASƏT


Ermənistanın Gəncəyə raket hücumu nəticəsində həlak olanların xatirəsi Belarusda yad edilir

Minsk, 27 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanın Belarusdakı səfirliyi qarşısında anım guşəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, Minskdəki Azərbaycan diasporunun üzləri və paytaxtın sakinləri əllərində gül və yumşaq oyuncaqlarla ölkəmizin Belarusdakı səfirliyinin qarşısına gəlirlər.

Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxsləri yad etmək, Azərbaycana dəstək vermək məqsədilə Belarusun Azərbaycandakı ilk səfiri, Belarus Xarici İşlər Nazirliyinin Veteranlar Assosiasiyasının üzvü Nikolay Patskeviç və onun iş yoldaşları da guşəni ziyarət ediblər.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.