DÜNYA


Ermənistanın İstintaq Komitəsi qanun pozuntuları ilə bağlı cinayət işi açmayıb

Bakı, 9 dekabr, AZƏRTAC

Ermənistanın İstintaq Komitəsi ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı cinayət işi açmayıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə İstintaq Komitəsinin Seçki Cinayətləri Departamentinin rəhbəri Kamo Saakyan deyib.

“Saat 16:00-dək respublikanın İstintaq Komitəsinə bir şikayət daxil olub, o da baxılma mərhələsindədir. Hazırda cinayət işi açılan məsələ yoxdur”, - deyə o bildirib.

Daha əvvəl ölkənin Baş Prokurorluğu bəyan etmişdi ki, qanun pozuntusu ilə bağlı 65 məlumata baxılır. Onlardan 32-si cinayət tərkiblidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.