SİYASƏT


Ermənistanın Müdafiə Nazirliyi özlərinin dağıdılmış mövqeyini “ələ keçirilmiş Azərbaycan mövqeyi” kimi təqdim edib

Bakı, 16 iyul, AZƏRTAC

İki gün bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyinin dezinformasiya laboratoriyası guya Tovuz istiqamətində ələ keçirilmiş (erməni interpretasiyasında – “azad edilmiş”) Azərbaycan postundan çəkilmiş fotonu daha geniş yayılması üçün öz istifadəçilərinə ötürüb. Yəni “baxın, yüksəkliyi tutmağımızın fotosübutu”.

Sosial şəbəkələrin kütbeyin erməni istifadəçiləri bu “fotosübutlar”ı istehzalı şərhlərlə müşayiət edərək bizə, azərbaycanlı istifadəçilərə yanıq verməyə başlayıblar. Onlardan Edqar Mardanyan adlı birisi fotoşəklə belə şərh yazıb: “İndi bu postlar bizdədir! Şəklin biri səmadan, digəri sizin tərəfdən çəkilib”.

Lakin Dodik Tonoyanın qurumu öz vətəndaşlarını necə asanlıqla və amansızcasına aldadır! Sən demə, bir dəfə aldadılanı çox rahatlıqla növbəti dəfə də aldatmaq olarmış!

Fotoşəkilləri ardıcıllıqla dərc edirik. Birinci fotoşəkil – Mardanyanın şərhi ilə birgə xəbərin iki fotoşəkillə skrinşotu.

İkinci fotoşəkil – guya “ələ keçirilmiş” yüksəklikdən çəkilən şəkildir.

Üçüncü fotoşəkil – biz tərəfdən çəkilən şəkil.

Bizi “Zoom”da böyüdülmüş ikinci şəkil maraqlandırır. Erməni dezinformasiyasının bütün mahiyyəti bu şəkildə əksini tapıb. Şəkildə tarixin 2018-ci il göstərilməsi azmış kimi, orada üstəlik şəklin haradan çəkilməsinin dəqiq GPS koordinatları da var.

“Google Earth” proqramını açırıq, bu koordinatları ora yerləşdiririk və haradan çəkiliş edildiyini tapırıq. Sən demə, bu, bizim 4-cü fotoşəkildə gördüyümüz erməni mövqeyidir.

Sonuncu, 5-ci şəkildə isə biz ümumi panoramı və həmin erməni mövqeyi ilə Azərbaycan sərhədi arasında olan 613 metr məsafəni görürük.

Yeri gəlmişkən, bu videoda Azərbaycan silahlı qüvvələri məhz bu erməni mövqeyini darmadağın edirlər:

https://youtu.be/I8-zgT3w-7c

Tonoyana salam.

Öz mövqelərinin koordinatlarını biz göndərmək – bu, böyük cəsarət tələb edir! Davam edin, dayanmayın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.