DÜNYA


Ermənistanın aparıcı televiziya kanallarından birinin sahibi saxlanılıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Xüsusi istintaq xidməti Ermənistanın ən böyük telekanallarından birinin – ikinci İctimai Televiziyanın sahibi Samvel Mayrapetyanı saxlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qurumun mətbuat xidməti həbsin təfərrüatları barədə məlumat verməyib. Mayrapetyanın vəkilləri də təhqiqat sirrini əsas gətirərək biznesmenin saxlanılma səbəblərini açıqlamaqdan yayınıb.

Ermənistanın ən nüfuzlu biznesmenlərindən biri olan Samvel Mayrapetyan avtomobil salonlarına, tikinti kompaniyalarına və restoranlara malikdir. Bundan başqa o, 2008-ci ildə konstitusiya quruluşunu dəyişməkdə ittiham edilən sabiq prezident Robert Koçaryana yaxın fiqurlardan biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.