REGİONLAR


Ermənistanın ekoloji terroru nəticəsində Göygöl Milli Parkında yenidən yanğın başlayıb

Bakı, 30 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Oktyabrın 29-da Ermənistan silahlı qüvvələrinin döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisini ağır artilleriya qurğularından atəşə məruz qoyması nəticəsində Göygöl Milli Parkındakı meşəlikdə təxminən 5 hektaradək ərazidə yanğın baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülsə də, meşəlik ərazi oktyabrın 30-da səhər saatlarında yenidən mərmi atəşlərinə məruz qalıb və nəticədə yanğın başlayıb.

AZƏRTAC xəbər verir ki, Ermənistanın bu ekoloji terroru nəticəsində yanğın tədricən genişlənərək Göygöl Milli Parkının xüsusi mühafizə olunan ərazisini də əhatə edib. Nəticədə əsasən palıd, vələs, fıstıq, cökə ağacları, kol bitkiləri – böyürtkən, qarağat, o cümlədən xəzəlin yaratdığı meşə döşənəyi və mineral qat yanıb.

Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğının söndürülməsində Göygöl Milli Parkının əməkdaşları və ətrafdakı kəndlərin sakinləri də yaxından iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.