CƏMİYYƏT


Ermənistanın faşist rejimi hərbi əməliyyatlara uşaqları cəlb etməsinə görə sərt cəzalandırılmalıdır

Bakı, 26 oktyabr, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət daha da gərginləşib. Ötən müddət ərzində Ermənistan Azərbaycanın şəhər və rayonlarına silsilə raket hücumları nəticəsində 10-u uşaq olmaqla 65 mülki şəxs həlak olub, 300-dən çox dinc sakin yaralanıb. Bu, bir daha Ermənistanın faşist mahiyyətini sübuta yetirir, dövlət səviyyəsində reallaşdırılan terror siyasətini dünyaya nümayiş etdirir. Lakin çox təəssüflər olsun ki, dünya susur və bu da işğalçının daha da azğınlaşmasına səbəb olur.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyinin indi də başqa bir cinayətə əl atdığını qeyd edən Sədaqət Vəliyeva bildirib: “Ermənistanın faşist rejimi Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir. Sosial şəbəkələrdə bu barədə yayılan görüntülərdən Paşinyan rejiminin təcavüzkarlıq, işğalçılıq mahiyyətini bir daha açıq şəkildə görürük. Yetkinlik yaşına çatmayanların topçulara kömək etməsi, qız uşaqlarının məcburi qaydada avtomat tutmağa cəlb edilməsi beynəlxalq hüququn pozulmasıdır, cinayətdir”.

Deputat əlavə edib ki, Ermənistanın faşist rejimi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 1989-cu il noyabrın 20-də keçirilmiş Baş Assambleyasının 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. “Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır. Xüsusilə 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirakını qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir. Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət beynəlxalq hüququn heç bir prinsipinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır. Necə ki, 27 ildir BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə hörmət etmir. Məhz dünyanın bu etinasızlığı, Ermənistana münasibətdə loyallığın nümayiş etdirilməsi işğalçı faşist rejimini daha da quduzlaşdırır. Əgər dünya Ermənistanın timsalında daha utandırıcı faktlar görmək istəmirsə, Paşinyan rejiminin beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımi qiymət verməli, onu cəzalandırmalı, sanksiyalara məruz qoymalıdır”, - deyə S.Vəliyeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.