SİYASƏT


Ermənistanın hərbi-siyasi rəhbərliyi ordudakı neqativ halların baş verməsində maraqlıdır

İki erməni əsgəri güllələnib

Bakı, 26 sentyabr, AZƏRTAC

Hər dəfə Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müəyyən konsensusun əldə edilməsi gündəmə gələndə Ermənistan tərəfi müxtəlif hadisələr törətməklə ölkə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Bu dəfə də belə oldu.

AZƏRTAC xəbər verir ki, işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi fonunda Ermənistan ordusunda növbəti bədbəxt hadisənin baş verməsi buna bir daha sübutdur. Nəticə isə məlumdur, Ermənistanın hərbi-siyasi rəhbərliyi ordudakı neqativ halların baş verməsində bilavasitə maraqlıdır.

Son zamanlar Ermənistan ordusunda neqativ halların durmadan artması sirr deyil və bu barədə məlumatlar erməni sosial mediasında əsas müzakirə edilən mövzulardandır. Diqqəti cəlb edən məqamlardan biri isə erməni sosial şəbəkə istifadəçilərinin Ermənistan silahlı qüvvələrində baş verən bir çox hadisələrin ölkə rəhbərliyi və yuxarı komandanlığın tapşırıqlarına əsasən hərbi hissə komandirləri tərəfindən təşkil olunduğu barədə məlumatlarının yer almasıdır. Təbii ki, bu məsələlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin marağının olması və bundan şəxsi və siyasi məqsədlər üçün istifadə olunması iyrəncdir və heç şübhəsiz, bu xislət Ermənistandan başqa dünyanın heç bir ölkəsinə xas deyil.

Erməni sosial mediasında hiddətlə müzakirə olunan növbəti məsələ Laura adlı “Facebook” istifadəçisinin qohumunun ağır yaralanması barədə etdiyi paylaşımdır. Onun sözlərinə görə, Madagizdə yerləşən hərbi hissədə xidmət edən qohumu Narek Zarqaryanla digər hərbi qulluqçu Yura Hakopyan döyüş postunda olan zaman post komandiri tərəfindən təhqirlərə və alçaldıcı hərəkətlərə məruz qalıblar. Komandirin bu hərəkətlərinə etiraz edən hərbi qulluqçular güllələnərək ağır bədən xəsarəti ilə hospitala təxliyə ediliblər. Hazırda hər ikisinin vəziyyəti ağırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.