CƏBHƏ XƏBƏRLƏRİ


Ermənistanın meyitlərin və əsirlərin dəyişdirilməsi barədə Azərbaycanın təklifinə cavab verməməsi öz vətəndaşlarına qeyri-humanist münasibətinin göstəricisidir VİDEO

Gəncə, 27 oktyabr, N.Məmmədov, T.Babayev, AZƏRTAC

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına, həmçinin Cenevrə konvensiyalarının tələblərinə sadiqliyini ifadə edərək, humanitar atəşkəs elan olunması haqqında Moskva razılığından sonra öz insanpərvər mövqeyini bir daha vurğulayıb. Belə ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası oktyabrın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin başçısı ilə keçirilmiş görüşdə birtərəfli qaydada Azərbaycan tərəfinin humanist addım kimi Ermənistanın 30 hərbçisinin meyitinin və eyni zamanda, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən geri çəkildiyi zaman köməksiz vəziyyətdə qoyub getdiyi erməni millətindən olan iki mülki şəxsin – Hadrut qəsəbə sakinləri 85 yaşlı Babayan Yevgeniya Pavlovnanın və 84 yaşlı Melkumyan Mişa Merlandoviçin qarşı tərəfə verilməsi ilə bağlı birtərəfli qaydada BQXK-ya təklif verib.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Komissiyasının katibi İsmayıl Axundov oktyabrın 27-də jurnalistlərə müsahibəsində deyib.

O, həmçinin bildirib ki, bundan sonra Dövlət Komissiyası tərəfindən BQXK-nın Azərbaycan nümayəndəliyi ilə keçirilmiş görüşlərdə bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq, bu humanitar missiyaya Ermənistan tərəfindən heç bir cavab verilməyib. Bu, Ermənistanın beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik əlaməti olmaqla yanaşı, bu ölkənin öz vətəndaşlarına qeyri-humanist mövqe sərgiləməsinin göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.