SİYASƏT


Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etməməsi xüsusi narahatlıq yaradır

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərini azad etdi.

Azərbaycan tarixi ədaləti bərpa etdi. Bu gün Azərbaycan bu torpaqlarda barışıq yaratmağa çalışır. Azərbaycan bu torpaqlarda sülh və əmin-amanlıq şəraitində yaşayan insanların təhlükəsizliyini təmin etməyə, azad edilmiş ərazilərdə bərpa və tikinti işlərini aparmağa, yeni infrastrukturlar yaratmağa çalışır, lakin bu gün nə ilə qarşılaşırıq? Beynəlxalq humanitar hüquqazidd olan faktlardan birini qeyd etmək istərdim.

AZƏRTAC xəbər verir ki, bu sözləri ATƏT Parlament Assambleyasının (ATƏT PA) 20-ci qış sessiyasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

Deputat bildirib ki, Ermənistanın bu yaxınlarda azad edilmiş ərazilərdəki minalanmış ərazilərin xəritələrini beynəlxalq humanitar hüquqa uyğun olaraq Azərbaycan tərəfinə təqdim etməkdən imtina etməsi xüsusi narahatlıq yaradır. Bu, insan həyatını xilas etmək və münaqişədən sonrakı bərpa və yenidənqurma proseslərini sürətləndirmək üçün beynəlxalq humanitar qanunda nəzərdə tutulmuş vacib bir tələbdir. Üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə bu yaxınlarda azad edilmiş ərazilərdə baş vermiş mina partlayışları nəticəsində 9 mülki şəxs olmaqla 15 Azərbaycan vətəndaşı şəhid olub, 65 vətəndaş, o cümlədən 8 mülki şəxs ağır yaralanıb. Qeyd edilib ki, o ərazilərdə hərbçilər və eyni zamanda dinc əhali həlak olur. O xəritənin əldə edilməsi neçə-neçə günahsız insanın tələfatının qarşısını ala bilər.

“Bu məsələnin həlli bölgədə sülh və təhlükəsizliyin bərpası üçün atılan addımlardan biridir və Azərbaycan hər zaman sülhün tərəfdarıdır. İstənilən halda bunun üçün zaman tələb olunsa belə, Azərbaycan hədəflərindən geri çəkilməyəcək. Çünki Azərbaycanın yolu haqq yoludur”, -deyə Milli Məclisin deputatı vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.