REGİONLAR


Ermənistanın müharibə cinayətləri: məktəblər və uşaq bağçaları hədəfə alınır – dünya hələ də susur FOTO

Tərtər, 14 oktyabr, T.Ağaməmmədov, foto R.İsmayılov, AZƏRTAC

Ermənistan silahlı bölmələri cəbhəyanı yaşayış məntəqələrində dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, sosial təyinatlı binaları hədəfə almaqda davam edir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, erməni hərbçilərinin yaşayış məntəqələrini intensiv atəşə tutulması nəticəsində yaşayış evləri, inzibati binalar, elektrik və qaz təsərrüfatı ilə yanaşı sosial obyektlərə, o cümlədən məktəblərə və uşaq bağçalarına da ziyan dəyir. Ermənistan törətdiyi müharibə cinayətləri ilə mülki insanlara, o cümlədən uşaqlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir. Düşmənin ağır artilleriyadan atəşi nəticəsində sentyabrın 27-dən indiyədək Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində ümumilikdə 12 orta məktəb, 1 musiqi məktəb, 1 peşə ixtisas məktəbi, 3 uşaq bağçasına ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.