DÜNYA


Ermənistanın paytaxtı da daxil olmaqla bir sıra şəhərlərinə elektrik enerjisinin təchizatı dayanıb

Bakı, 10 iyul, AZƏRTAC

Ermənistanda elektrik enerjisinin verilməsində ciddi problem yaranıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanın paytaxtı da daxil olmaqla bir sıra şəhərlərə elektrik enerjisinin təchizatı dayanıb. Buna səbəb Yerevan və Razdan istilik elektrik stansiyalarında baş verən qəzalardır.

Yerevanda qatarlar tuneldə qalıb, internetin verilməsində çətinliklər yaranıb. Ölkə miqyasında elektrik enerjisinin verilməsində fasilələr yarana biləcəyi barədə xəbərdarlıq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.