DÜNYA


Ermənistanın sabiq prezidenti Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb

Bakı, 18 fevral, AZƏRTAC

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın böyük oğlu Sedraka qarşı cinayət işi qaldırılıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, istintaq orqanları Sedrak Köçəryana qarşı çirkli pulların yuyulması və vergidən yayınma ittihamları irəli sürüblər. Sabiq prezidentin oğlundan ölkəni tərk etməmək barədə iltizam alınıb.

S.Köçəryan, həmçinin “Konqres” mehmanxanasının özəlləşdirilməsi üzrə cinayət işinin istintaqında da ifadə verib. İstintaqa nəzarət edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bildirib ki, Köçəryanın oğulları həmin obyekti 6 milyon dollar rüşvət müqabilində ələ keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.