DÜNYA


Ermənistanın sabiq prezidentinin qardaşı ölkəni tərk etmək istəyərkən saxlanılıb

Bakı, 5 iyul, AZƏRTAC

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan ailəsi ilə birlikdə ölkəni tərk edib Parisə getmək istəyərkən aeroportda saxlanılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti ölkənin milli təhlükəsizlik xidmətinə istinadla məlumat yayıb. Qəzetin istinad etdiyi mənbə bildirib ki, milli təhlükəsizlik xidmətinin əməkdaşları Yerevanın Zvartnots aeroportunda Aleksandr Sarkisyan və onun ailəsinə Parisə uçmağa icazə verməyiblər. Sonra onların mənzilində axtarış aparılıb; silah, pul və məşhur rəssamın bahalı əsəri aşkar edilib.

Milli təhlükəsizlik xidmətinin mətbuat katibi Samson Qalstyan jurnalistlərə bildirib ki, Aleksandr Sarkisyanın mənzilində axtarışa dair ətraflı məlumat sonra veriləcək.

İyunun 25-də Ermənistan polisinin xüsusi dəstəsi Aleksandr Sarkisyanı qeyri-qanuni silah saxlamaqda şübhəli qismində saxlayıb və elə həmin gün də buraxıb. Bundan əvvəl Ermənistanın dövlət gəlirləri komitəsinin müstəntiqləri Serj Sarkisyanın qardaşı Levon barədə cinayət işi açıblar. Levon və onun qızı Ani qeyri-qanuni varlanmaqda və əmlak bəyannaməsindən boyun qaçırmaqda şübhəli bilinirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.