SİYASƏT


Ermənistanın təpədən dırnağadək silahlanmasına görə işğalçı ölkənin rəhbərliyi ilə yanaşı, buna göz yuman təşkilatlar və ölkələr də məsuliyyət daşıyır

Bakı, 21 oktyabr, AZƏRTAC

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılan hərbi texnikasının sayı belə ən müxtəlif araşdırma mərkəzlərinin hesabatlarında yer alan sayı xeyli üstələyir.

Bu fikri AZƏRTAC-a siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, ATƏT-in 1990-cı ildə Parisdə keçirilən sammitində adi silahlar üzərində nəzarətin həyata keçirilməsini nəzərdə tutan 2 əsas sənəd qəbul edilib. Bunlardan biri Avropada Adi Silahlı Qüvvələr haqqında Cinah Sazişi, digəri isə etimadın və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı danışıqlar üçün hüquqi prosedurları və çərçivələri nəzərdə tutan Vyana Sənədidir.

Avropada Adi Silahlı Qüvvələr haqqında Cinah Sazişinə əsasən, Ermənistan üçün 220 tank, 220 döyüş maşını və s. müəyyənləşdirilib.

Prezident İlham Əliyev xalqa sonuncu müraciətində Azərbaycan Ordusunun sıradan çıxardığı və qənimət götürdüyü tankların sayını açıqladı və qeyd etdi ki, indiyədək düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Yəni toplam 280 tank, Ermənistan üçün müəyyənləşdirilən kvota isə qeyd etdiyim kimi 220-dir. Bütün bunlar məhv edilən və qənimət götürülənlərdir. Hazırda Ermənistan ordusunun sıradan çıxarılmayan, yaxud çıxarılacaq tanklarının sayı nə qədərdir. Nə üçün ATƏT Ermənistandan Avropada Adi Silahlı Qüvvələr haqqında Cinah Sazişinin tələblərinə əməl etməsini tələb etməyib. Axı bu illər ərzində Sazişə əməl olunması ilə bağlı ATƏT-in göndərdiyi mütəxəssislər Ermənistanın hərbi potensialını da təftiş ediblər. Onların arasında ən müxtəlif ölkələri – Yunanıstan, Fransa, Almaniya, Belçika, ABŞ və digər ölkələrin ATƏT tərəfindən görəvləndirilmiş təmsilçiləri olub. Ermənistanın 1992-ci ildə imzaladığı sazişin tələblərinə əməl etməsi hansı səbəblərdən bu işğalçı ölkədən tələb olunmayıb? Suallar çoxdur... Azərbaycan bu məsələni mütləq qaldıracaq və müvafiq faktları təqdim edəcək. Bu, bir daha göstərir ki, işğal olunmuş ərazilər nəzarətdən kənar zona olub. Bu illər ərzində Ermənistanın təpədən dırnağadək silahlanmasına görə bu işğalçı ölkənin siyasi rəhbərliyi ilə yanaşı, ATƏT də, digər beynəlxalq təşkilatlar da, həmçinin iş işğalçını silahlandıran, yaxud silahlanmasına göz yuman ölkələr də məsuliyyət daşıyırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.