CƏMİYYƏT


Erol Kaya: Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanmaqdadır

Bakı, 26 may, AZƏRTAC

Azərbaycanda keçirilən TÜRKPA-ya üzv dövlətlərin ombudsmanlarının konfransı müvəffəqiyyətlə başa çatdı. Bu tədbir Azərbaycanın Müstəqillik Günü ərəfəsinə təsadüf etdi. Xalqınızı Müstəqillik Günü münasibətilə təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında TÜRKPA-nın Hüquq işləri və beynəlxalq münasibətlər komissiyasının sədri Erol Kaya deyib.

“Uzun illərdir Azərbaycana səfər edən biri olaraq ölkədəki inkişafın yaxından şahidiyəm. Xüsusilə bildirmək istəyirəm ki, 1990-cı ildəki Bakıdan öz mədəniyyətinə, dəyərlərinə dönən bir Bakı gördüm. Ölkədəki inkişafı çox bəyəndim. Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanmaqdadır. Bu uğurların hər zaman davam etməsini arzulayıram”, - deyə komissiya sədri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.