MƏDƏNİYYƏT


Eşitmə qabiliyyəti məhdud rəqqasların çıxışı bakılı tamaşaçıları valeh edib

Bakı, 13 mart, AZƏRTAC

“British Council Azerbaijan” Böyük Britaniyanın ölkəmizdəki səfirliyi ilə birgə Britaniyanın dünya şöhrətli unikal rəqs ansamblı “Deaf Men Dancing”in Bakıda çıxışlarını təşkil edib. Ansambl eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqaslardan ibarətdir.

AZƏRTAC xəbər verir ki, martın 13-də “Nizami” Kino Mərkəzində iki dostun piknikdə şən macəralarından bəhs edən “Günəş altında yer” adlı səssiz tamaşanın nümayişi olub. Sonra tamaşaçılara “Ten” rəqs tamaşası təqdim edilib.

Artistlərin çıxışı tamaşaçılarda dərin təəssürat yaradıb.

Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerol Krofts tamaşaçıların diqqətinə çatdırıb ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd məhdud fiziki imkanları olan insanların yaradıcılığa cəlb edilməsi, onların cəmiyyətə inteqrasiyası və özünütəsdiqidir. O, bu cür layihələrin uğur qazanacağına inamını ifadə edib.

Təhsil Nazirliyinin SABAH qruplarının İcraiyyə Komitəsinin rəhbəri Şahin Seyidzadə deyib ki, insan qarşıya qoyduğu bütün məqsədlərə yalnız gərgin əmək və öz üzərində işləməklə çata bilər. Bugünkü tədbir bir daha göstərdi ki, güclü şəxsiyyətin qarşısında heç bir maneə ola bilməz.

Qeyd edək ki, “Deaf Men Dancing” öz yaradıcılığında müxtəlif xoreoqrafiya elementləri və Britaniyaya xas olan işarə dilini birləşdirən rəqs qrupudur. Truppanın rejissoru və xoreoqrafı Mark Smit rəssam Rayan Douson Leyt və bəstəkar Şon Çandlerlə birlikdə “Ten” rəqs tamaşasını ərsəyə gətiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.