İDMAN


Eşitmə qüsurlu əlillər arasında futzal üzrə Çempionlar Liqası turniri başa çatıb

Bakı, 7 yanvar, AZƏRTAC

Eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Almaniyanın Ştutqart şəhərində təşkil olunmuş futzal üzrə Çempionlar Liqası turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz “Ulduz” turnirdə keçirdiyi son iki oyunda qələbə qazanıb. Təmsilçimiz əvvəlcə Almaniyanın “Hildesheim” komandasını 6:3 hesabı ilə məğlub edib. 17-ci yer uğrunda keçirilmiş oyunda isə Hollandiyanın “Martinistad” klubu ilə görüşən “Ulduz” 3:1 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.