MƏDƏNİYYƏT


Esmeralda Tağızadə: Bizim hər birimizin yaradıcılıq qabiliyyəti var

Bakı, 27 dekabr, Ayişə Axundova, AZƏRTAC

Dekabrın 27-də İçərişəhərdəki “Bakı” Rəsm qalereyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar “Gəlin həmrəy olaq” sərgisi açılıb. “Esmeralda” uşaq və yeniyetmə rəsm və yaradıcılıq studiyası, həmçinin Azərbaycan Rəssamlar İttifaqının nəzdindəki “Bakı” Rəsm Qalereyası tərəfindən təşkil olunmuş sərgidə 7 yaşlı Məryəm Məmmədovanın rəsmləri və dekorativ-tətbiqi əl işləri nümayiş etdirilir.

Uşaq və yeniyetmə rəsm və yaradıcılıq studiyasının direktoru Esmeralda Tağızadə AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə deyib: “Studiyanın iştirakçıları bədii və dekorativ-tətbiqi yaradıcılıqla məşğuldurlar. Şagirdlərdən ən balacasının 3 yaşı var. Uşaqların yaradıcılıq qabiliyyətinin aşkara çıxarılması üçün valideynlərin dəstəyi çox vacibdir.

Azərbaycan Rəssamlar İttifaqının köməyi ilə uşaqların işləri respublika sərgilərində və beynəlxalq sərgilərdə nümayiş etdirilir. Biz Bakının müxtəlif sərgi qalereyaları ilə əməkdaşlıq edirik.

Mən əminəm ki, yaradıcılıq üçün yaş məhdudiyyəti yoxdur, hər bir yaşda yaratmaq olar. Bizim hər birimizin yaradıcılıq qabiliyyəti var. Studiyamızda məşğələlərə tez-tez yaşlıların da gəlməsi faktı bunu təsdiqləyir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.