MƏDƏNİYYƏT
“Eşqi-Nigar”a ictimai baxış olub
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış “Eşqi- Nigar” adlı səhnə əsərinə ictimai baxış olub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Bakı Yunis Əmrə İnstitutu ilə sənət ocağının birgə layihəsi olan tamaşanın yeni redaksiya müəllifi Amalya Ömərova və quruluşçu rejissoru Ayla Həşimovadır. Səhnə əsərində teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış ediblər.
Tamaşanın premyerası noyabrın 14-nə nəzərdə tutulur.
İctimai baxışın ardınca teatrda Dövlət Bayrağı Gününə həsr edilən tədbir keçirilib. Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov Azərbaycan bayrağının yaranma tarixindən danışıb, ona böyük önəm verildiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]