İDMAN


Esteban Okon: Bakıda yüksək nəticə qazanmaq üçün yarışacağıq

Bakı, 22 iyun, AZƏRTAC

Komandamız Formula-1 Azərbaycan Qran-Prisində hansı məqsəd uğrunda mübarizə aparacağını yaxşı bilir. Biz Bakıda yüksək nəticə qazanmaq üçün yarışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 22-də Bakıda təşkil olunan mətbuat konfransında “Force India” komandasının pilotu Esteban Okon deyib.

O, komanda yoldaşı ilə yaxşı münasibətlərinin olduğunu vurğulayıb: “Komanda yoldaşım məni keçərsə məyus olmaram. Bir-birimizə hörmətlə yanaşırıq. Biz komanda üçün çalışırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu çıxış edək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.