İDMAN


Esteban Okon “Renault” komandası ilə ikiillik müqavilə bağlamaq niyyətindədir

Bakı, 22 avqust, AZƏRTAC

Fransalı pilot Esteban Okon bu yaxınlarda “Renault” zavod komandası ilə ikiillik müqavilə bağlaya bilər.

AZƏRTAC “Auto Bild” jurnalına istinadla xəbər verir ki, əgər razılaşma baş tutarsa, o zaman Okon Niko Hülkenberqi əvəz edəcək və Daniel Rikkardonun yeni ortağı olacaq.

Okon ilə “Renault” komandası arasında saziş imzalanarsa, o halda düşünmək olar ki, Esteban artıq “Mercedes”in dəstəklənməsi proqramına daxil deyil. Valtteri Bottas isə ən azı bir mövsüm alman komandasında öz mövqeyini qoruyacaq. Daha əvvəl “Mercedes”in rəhbəri Toto Volf təsdiqləmişdi ki, komandadakı yerə yalnız Okon və Bottas namizəddirlər.

Hülkenberqə gəlincə, alman üçün karyerasını davam etdirməyə “Haas” komandası münasib yer ola bilər. Orada Romen Qrojanın yeri təhlükə ilə üzləşə bilər. Bundan əvvəl Niko özü “Renault”da qala biləcəyini ehtimal edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.